Hakan Fidan HƏMAS liderini qəbul edib

Dünya

22.01.2024 - 00:10

cedabet dərman SEO Xidməti

Girovların azad edilməsi, atəşkəsin vacibliyi və humanitar yardımın çatdırılması müzakirə olunub

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni qəbul edib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, tərəflər girovların azad edilməsi, atəşkəsin vacibliyi və humanitar yardımın çatdırılmasını müzakirə ediblər.

“Xarici işlər naziri Fidan HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyəni qəbul edib. Qəbul zamanı tezliklə atəşkəs, humanitar yardımın həcminin artırılması, girovların azad edilməsi və uzunmüddətli sülhü təmin etmək üçün böhranın iki dövlət prinsipi əsasında həlli kimi mövzular müzakirə edilib”, - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, ötən il oktyabrın 7-dən HƏMAS-ın İsrailə hücumu ilə başlayan müharibədə qurbanların sayı 24,6 min nəfərə çatıb. 61 mindən çox insan yaralanıb.

HƏMAS Qəzza zolağında təxminən 200-250 girov olduğunu iddia edib. Atəşkəs başa çatdıqdan sonra İsrail hakimiyyəti 126 israilli və 11 əcnəbinin HƏMAS-da girov qaldığını, oğurlanan 110 nəfərin isə sərbəst buraxıldığını açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş