Hakan Fidan Fətullah Gülənin ölümünü təsdiqləyib

Dünya

21.10.2024 - 15:34

cedabet dərman SEO Xidməti

Nazir Gülənin ölümünün onları sakitləşdirməyəcəyini, mübarizənin davam edəcəyini vurğulayıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ölümünü təsdiqləyib.

AYNA APA-ya istinadən xəbər verir ki, o, bu barədə bu gün Ankarada ukraynalı həmkarı Andriy Sibiha ilə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, kəşfiyyat məlumatları Fətullah Gülənin öldüyünü təsdiqləyir.

Hakan Fidan Fətullah Gülənin ölümünün onları sakitləşdirməyəcəyini, mübarizənin davam edəcəyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş