Gürcüstanlı xilasedicilər Türkiyədən ölkələrinə qayıdıblar

Dünya

26.02.2023 - 15:32

cedabet dərman SEO Xidməti

Gürcü xilasedicilər zəlzələdən zərər çəkən Hatay vilayətinin Antakya şəhərində işləyiblər

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin xilasediciləri Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra xilasetmə əməliyyatını başa çatdırıblar. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd edilib ki, Gürcüstan ilk günlərdən 44 mindən çox insanın həyatına son qoyan dəhşətli zəlzələ ilə mübarizədə Türkiyəyə köməyə gedib. Gürcü xilasedicilər zəlzələdən zərər çəkən Hatay vilayətinin Antakya şəhərində işləyiblər.

Bir gün əvvəl Türkiyədə baş vermiş zəlzələnin episentrinə səfər edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin qərarı ilə gürcü xilasedicilərin əksəriyyəti xüsusi çarter reysi ilə Tbilisiyə uçub, qalanları isə xilasetmə avadanlıqları ilə birgə quru yolla vətənlərinə qayıdacaqlar.

Qeyd edək ki, Türkiyə artıq iki həftədir ki, ölkənin cənub-şərqində doqquz saat fərqlə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərin nəticələri ilə mübarizə aparır. Son məlumatlara görə, 44 mindən çox insan həyatını itirib. Təsirə məruz qalan 11 əyalətdə 118 mindən çox bina təhlükəli elan edilib və söküləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş