Yenidən hökumətə Giorgi Qaxariya rəhbərlik edəcək
Gürcüstan Parlamenti səs çoxluğu ilə Baş nazir Giorgi Qaxariyanın başçılıq etdiyi yeni hökumətə etimad göstərdiyini bəyan edib. AYNA gürcü mediasına istinadən bildirir ki, səsvermə Gürcüstan TV-ləri tərəfindən canlı yayımlanıb.
Qaxariyanın başçılıq edəcəyi Nazirlər Kabinetində bir yeni nazir yer alıb. O, ədliyyə naziri Qoça Lortkipanidzedir.
Qeyd edək ki, Gürcüstanda 31 oktyabrda keçirilən parlament seçkilərindən sonra hakim Gürcü Arzusu Partiyası parlamentdəki 150 yerdən 90-ını qazanıb. Seçkilərin nəticələri təsdiqləndikdən sonra Gürcüstan hökuməti istefa vermişdi.