Gürcüstanın XİN başçısı Ceyhun Bayramova zəng vurub

Xəbərlər

26.12.2024 - 17:58

Həkimlər Klinikalar SEO Xidməti

Nazir faciəvi gündə Gürcüstanın hər zaman Azərbaycanın yanında olduğu vurğulayıb

Dekabrın 26-da Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Xarici İşlər Nazirliyindən (XİN) AYNA-ya verilən xəbərə görə, nazir M.Botçorişvili 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı diləklərini çatdırıb, dost Azərbaycan xalqına səbr diləyib.

Nazir bu faciəvi gündə Gürcüstanın hər zaman Azərbaycanın yanında olduğu vurğulayıb.

Nazir Ceyhun Bayramov baş sağlığına, ölkəmiz və xalqımız üçün ağır bir gündə göstərilən dəstəyə görə dost Gürcüstan tərəfinə təşəkkür edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş