Kobaxidze Paşinyan və Xaçaturyanla görüşlər keçirəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistana rəsmi səfər edib. AYNA erməni mediasına istinadən bildirir ki, İrəvan Zvartnots hava limanında Kobaxidzeni Ermənistan Baş nazirinin müavini Tiqran Xaçatryan, xarici işlər nazirinin müavini Vahan Kostanyan və İrəvan meri Tiqran Avinyan qarşılayıblar.
Gürcüstanın Baş naziri İrəvanda ermənistanlı həmkarı Nikol Paşinyan və Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla görüşlər keçirəcək.
Ermənistan və Gürcüstanın Baş nazirləri görüşdən sonra mətbuata açıqlamalar verəcəklər.
Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyətinə Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlya Darçiaşvili, təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari və hökumət aparatının rəhbəri Levan Jorjoliani daxildir.