Gürcüstanda silahlı şəxs banka hücum edib

Dünya

23.05.2024 - 20:20

Silahlı şəxs pul əldə etmədən bankdan çıxıb

Gürcüstanın Kutaisi şəhərində maskalı silahlı şəxs “Bank of Georgia”nın filialına soxulub.

AYNA xəbər verir ki, bu barədə “Mtavari Arkhi” məlumat yayıb.

Bildirilib ki, hücum edən şəxs pul tələb edib və bank işçilərini hədələyib. O, pul əldə etmədən bankdan çıxıb. Polis cinayətkarı axtarır.

Müəllif: Ayna.az