Gürcüstan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır

Dünya

21.02.2024 - 11:08

cedabet dərman SEO Xidməti

Kobaxidze: “Gürcüstan çox üzrlü səbəblərə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etmir”

“Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək və sanksiyalara qoşulmaq planı yoxdur”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş nazir İrakli Kobaxidze Brüsselə səfəri zamanı deyib.

“Rusiyaya qarşı sanksiyalara gəlincə, bizim bu istiqamətdə çox aydın mövqeyimiz var: biz sanksiyalar tətbiq etmirik və bunun üçün çox güclü arqumentlərimiz var. Eyni zamanda, Gürcüstan sanksiyalardan yan keçmək üçün istifadə edilmir”, - Kobaxidze Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının iclasından sonra keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti Rusiyaya qarşı sanksiyalar tətbiq etməmək siyasətinə davam etməyi planlaşdırır. Eyni zamanda, hökumət başçısı qeyd edib ki, Gürcüstan xalqlar arasında mövcud olan dostluğa görə Ukraynaya siyasi dəstəyi davam etdirəcək.

Kobaxidze əlavə edib ki, Gürcüstan Ukraynanı humanitar nöqteyi-nəzərdən dəstəkləyir, lakin Ukrayna rəsmilərinin Gürcüstanda Rusiya Federasiyasına qarşı ikinci cəbhə açmaq istəyi ilə bağlı bəyanatları üzücüdür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş