Gürcüstan Parlamentinin içində və çölündə gərginlik: deputatlar əlbəyaxa olublar

Dünya

06.03.2023 - 15:01

cedabet dərman SEO Xidməti

Qonşu ölkədə “Xarici agentlər haqqında” qanun layihəsi etirazla qarşılanır

Gürcüstan Parlamentində deputatlar arasında insident yaşanıb. AYNA gürcü mediasına istinadən bildirir ki, Hüquq komitəsinin iclasında deputatlar əlbəyaxa olublar.

Bildirilir ki, dava “Xarici agentlər haqqında” qanun layihəsinin müzakirəsi zamanı baş verib.

Qanunun əleyhinə olan müxalifətçi deputatlarla hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının deputatları arasında mübahisə əlbəyaxa davaya çevrilib.

Bonra “Ağmaşenebeli strategiyası”nın lideri Giorgi Vaşadze və “Vahid Milli Hərəkat” Partiyasının sədri Levan Xabeişvili iclas zalından çıxarılıblar.

Medianın məlumatına görə, Gürcüstan Parlamentinin binası qarşısında da gərgin vəziyyət yaranıb. İctimai fəallar, QHT nümayəndələri və gənclər “Xarici təsir agentləri haqqında” qanun layihəsinin müzakirəsinə etiraz edirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş