Gürcüstan hökuməti ATƏT/DTİHB-ni yerli seçkiləri müşahidəyə dəvət edib

Dünya

06.09.2025 - 13:37

“Hökumət missiya tərəfindən seçkiləri müşahidə etmək üçün hər cür şərait yaratmağa tam hazırdır”

Biz ATƏT/DTİHB missiyasını yerli hökumət seçkilərini müşahidə etmək üçün dəvət etmək qərarına gəldik və artıq müvafiq məktub ATƏT/DTİHB-yə göndərilib. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Baş nazir bildirib ki, Gürcüstan hökuməti ATƏT/DTİHB missiyası tərəfindən seçkiləri müşahidə etmək üçün hər cür şərait yaratmağa tam hazırdır.

“Ümid edirik ki, dəfələrlə təhqir və təzyiqlərə baxmayaraq, ATƏT/DTİHB Gürcüstana müşahidə missiyası göndərməkdən çəkinməyəcək”, - Baş nazir vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş