Gürcüstan DİN aksiyalarda saxlanılanların sayını açıqlayıb
Ötən gün Tbilisidə Qəhrəmanlar meydanı yaxınlığında “Xarici agentlər haqqında” qanuna qarşı keçirilən aksiyada 23 nəfər həbs edilib.
AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmadıqları üçün onları saxlayıblar.