Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməkdaşları meriyada istintaq əməliyyatı keçirib
Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyan saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməkdaşları Gümrü meriyasında istintaq əməliyyatı keçirib.
Komitə əlavə təfərrüatlar təqdim etmədən şəhər meriyasında aparılan istintaq hərəkətlərinin cinayət işinin tərkib hissəsi olduğunu bildirib.