Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb

Xəbərlər

30.11.2025 - 14:50

"Polisdən gəliblər, məni həbsxanaya aparırlar"

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb. AYNA.AZ xəbər verir ki, G.Hacıbəyli bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

O qeyd edib ki, İstanbulda polis idarəsinə aparılıb və böyük ehtimalla Azərbaycana deportasiya olunacaq.

“İndicə oğlumla birlikdə İstanbulda kirayədə yaşadığım evin qapısını döydülər, polisdən gəliblər, məni həbsxanaya aparırlar. Heç bir səbəb yoxdur, Türkiyəyə 25 sentyabrda gəlmişəm, 3 aylıq müddətim bitməyib, üstəlik iki illik oturma iznim var”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş