Gömrükdən gizlədilən kosmetik vasitələr və spirtli içkilər aşkarlanıb

Xəbərlər

30.08.2021 - 16:18

Hər iki faktla bağlı araşdırma aparılır

 

Gömrükçülər qanunsuz kosmetik vasitələr və spirtli içkilər aşkarlanıb. Bu barədə AYNA-ya Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

 

Qeyd edilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşlarının idarə etdiyi 2 ədəd “DAF” markalı avtomobil saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən müxtəlif adlarda olan 27 ədəd implant gel, 15 ədəd dəriyə qulluq vasitəsi və 33 ədəd 0,7 litrlik müxtəlif markalı spirtli içki aşkarlanıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az