Heydər Əliyev Fondunun icraçı direktoruna yüksək vəzifə verilib
Prezident İlham Əliyev Anar Ələkbərovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilməsi haqqında Sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Sahib oğlu Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilsin”.
Qeyd edək ki, A.Ələkbərov Samux rayonunda anadan olub. Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib.
Azərbaycan Respublikası Vergilər nazirinin müavini Sahib Ələkbərovun oğludur.