Generalın cənazəsi "Chevrolet"də daşınıb

Dünya

05.01.2020 - 00:39

Həkimlər Klinikalar SEO Xidməti

 

ABŞ tərəfindən İraqda öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymani və bir qrup nüfuzlu hərbiçinin cənazə mərasimi keçirilib.

 

AYNA xarici mediaya əsasən xəbər verir ki, Bağdadda təşkil olunan mərasimə İraqın Baş Naziri Adil Əbdülmehdi də qatılıb. Minlərcə iraqlının qatıldığı tədbirdə “ABŞ-a ölüm”, “İsrailə ölüm”, “İntiqam” şüarları səsləndirilib.

 

Mərasimdə maraq doğuran məqam general Qasım Süleymaninin tabutunun "Chevrolet" Amerika markası olan avtomobildə daşınması olub.

 

Məlumatda bildirilir ki, Qasım Süleymaninin cənazə mərasimi öz ölkəsində də təşkil olunacaq. Tehranda keçiriləcək vida mərasimdən sonra general doğulduğu Kirman şəhərində dəfn ediləcək.

 

Bu arada, İran Prezidenti Həsən Ruhani mərhum generalın ailəsini ziyarət edib və başsağlığ verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş