Gəncədə kanalizasiya xəttinin təmiri zamanı partlayış olub

Hadisə

02.02.2026 - 19:04

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb

Gəncədə kanalizasiya xəttinin təmiri zamanı partlayış olub. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, şəhər ərazisində kanalizasiya quyusunun üzərində qaynaq işləri aparılan zaman qaynaq qığılcımları kanalizasiya borusuna düşüb və partlayış baş verib.

Nəticədə 1984-cü il təvəllüdlü A.Zamanov, 1968-cı il təvəllüdlü Ə.Paşayev və daha bir nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş