Gəncədə iki nəfər dəm qazından zəhərlənib

Xəbərlər

06.01.2025 - 22:45

Həkimlər Klinikalar SEO Xidməti

Gəncə şəhərində iki nəfər dəm qazından zəhərlənib. AYNA-nın "Report"a istinadən məlumatına görə, zəhərlənənlər hər ikisi 2006-cı il təvəllüdlü olan S.Məcidova və N.Nərimanovadır.

Hər ikisi xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Qeyd edək ki, zərərçəkənlər Gəncə şəhərində yerləşən ali məktəblərdən birinin tələbələridir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş