Gəncədə 5 nəfər dəm qazından zəhərlənib

Xəbərlər

12.01.2026 - 12:50

Onlar ambulator müalicə üçün xəstəxanadan evə buraxılıblar

Ötən gecə saat 02:20 radələrində 2 azyaşlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına, 3 nəfər isə akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. AYNA.AZ xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, dəm qazının toksiki təsiri diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş