Gəncə Peşə Leseyi və peşə məktəblərində mənimsəmə

Xəbərlər

03.09.2021 - 17:58

Həkimlər Klinikalar SEO Xidməti

Faktlarla bağlı cinayət işi başlanılıb

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən yoxlama aparılmaqla, həmin agentliyin tabeçiliyində olan 1 və 2 nömrəli Gəncə Peşə məktəblərində və 3 nömrəli Gəncə Peşə Liseyində bir sıra qanun pozuntularının müəyyən edilməsi barədə Baş Prokurorluğa ünvanladığı müraciət aidiyyəti üzrə araşdırılması üçün Gəncə Şəhər Prokurorluğuna göndərilib.

 

Gəncə Şəhər Prokurorluğundan AYNA-ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, təhsil müəssisələrinin vəzifəli şəxsləri tərəfindən qulluq mövqelərindən istifadə edilməklə 1 nömrəli Gəncə Peşə Məktəbində ümumilikdə 34 min manat, 2 nömrəli Gəncə Peşə Məktəbində ümumilikdə 25 min manat, 3 nömrəli Gəncə Peşə Liseyində isə ümumilikdə 32 min manat məbləğində ziyan vurulmaqla qeyd edilən vəsait talanılıb.

 

Fakta görə Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 (mənimsəmə və ya israf etmə təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş