“Gecə saatlarında, gizli şəkildə ağac kəsirlər” – <font color=red> RƏSMİ</font>

Cəmiyyət

11.05.2020 - 14:18

Həkimlər Klinikalar SEO Xidməti

İradə İbrahimova: “Belələrini hamılıqla ifşa etməliyik”

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova gizli şəkildə ağac kəsildiyi məsələsini yenidən gündəmə gətirib. AYNA-nın xəbərinə görə, o, bildirib ki, ağac kəsənlər ifşa edilməlidir.

 

Nazirlik rəsmisi qeyd edib ki, Nəsimi rayonunda ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. Araşdırma zamanı Nəsimi rayonu, Moskva prospekti 74 ünvanında gecə saatlarında müxtəlif diametrli şam ağaclarının kəsilərək üstünün torpaqla örtüldüyü müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

 

“Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün Nəsimi rayon Polis İdarəsinə müraciət olunub. Gecə saatlarında, gizli şəkildə ağac kəsintisinə təəssüf ki, hələ də yol verilir. Bunun qarşısını birlikdə almalıyıq. Belələrini hamılıqla ifşa etməliyik. Bu işdə vətəndaşların, yerli icra orqanlarının və ictimaiyyət nümayəndələrinin dəstəyinə və ictimai qınağa böyük ehtiyac var” – deyə, İ.İbrahimova qeyd edib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş