G7 ölkələrindən qərar: 2035-ci ilə qədər kömürdən imtina olunacaq

Dünya

30.04.2024 - 16:34

Yekun saziş bu gün imzalanmalıdır

“Yeddilik ölkələri”nin (G7) energetika nazirləri 2030-cu illərin birinci yarısına qədər elektrik enerjisi istehsalında kömürdən istifadəni mərhələli şəkildə dayandırmaq barədə prinsipial razılığa gəliblər.

AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İtaliyanın energetika naziri Gilberto Piçetto-Fratin Turində keçirilən görüşdə "texniki razılaşma var" deyib.

Yekun saziş bu gün imzalanmalıdır. Sonra iqtisadiyyatın karbonsuzlaşdırılması üçün ətraflı plan dərc olunacaq.

G7 ölkələri 2023-cü ildə kömür elektrik stansiyalarını mərhələli şəkildə ləğv etmək barədə razılığa gəliblər, lakin ölkələr ümumi tarix barədə razılığa gələ bilməyiblər.

Müəllif: Ayna.az