Fransada seçicilərin 24 faizi seçkiyə gəlməyib

Dünya

10.04.2022 - 21:19

Prezident seçkilərində seçici fəallığı 76 faiz olub

Fransada bu gün keçirilmiş prezident seçkilərində seçici fəallığı 76 faiz olub. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə “Ifop-Fiducial” təşkilatı məlumat yayıb.

Təşkilatın hesabında bildirilib ki, seçicilərin 24 faizi səsvermədə iştirak etməyib. Bu, 2017-ci ildəki göstəricidən daha çoxdur.

2002-ci ildəki prezident seçkilərində isə antirekord qeydə alınmışdı. Həmin ildə seçicilərin 28,4 faizi səsvermədə iştirak etməmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş