Hadisə dekabrın 23-nə keçən gecə baş verib
Fransanın Pyu-de-Dom departamentinin Amber kommunasında polislərə silahlı hücum olub. AYNA xarici mediaya istinadən bildirir ki, hadisə dekabrın 23-nə keçən gecə baş verib.
Fransa prokurorluğunun məlumatına əsasən, 48 yaşlı kişinin açdığı atəş nəticəsində 3 polis əməkdaşı həlak olub, biri isə yaralanıb.
Polislər məişət zorakılığı barədə müraciətlə hadisə yerinə gəlib. Onlar qadına evin damından düşməyə kömək edən zaman 48 yaşlı kişi tərəfindən atəşə tutulub. KİV-lərin məlumatına görə, cinayətkar qaçıb gizlənməyə nail olub.
Fransanın daxili işlər naziri Jerald Darmanen isə atəş açan şəxsin ölü tapıldığını deyib.