Fransada kütləvi istefa qərarı verilib
Fransa Prezident Adminstrasiyasının Xarici siyasət şöbəsində Amerika, Asiya, Qlobal İşlər və Yaxın Şərqdən məsul olan məsləhətçilərin vəzifələrini tərk etmələri ilə bağlı qərar verilib. AYNA xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Məlumata görə, audit hesabatının məzmunu açıqlanmasa da, vəzifəsini tərk edən işçilərin şöbənin idarəetmə tərzindən razı qalmadıqları xarakterizə edilib.
Diqqət çəkən digər bir məqam isə, Prezident Emmanuel Makronun vəzifəyə başladığı gündən sözügedən şöbədə 20 müşavirini dəyişdirməsidir.