18 min 439 ölüm faktı xəstəxanada, 10 min 327-si isə qocalar evlərində qeydə alınıb
Fransada koronavirus pandemiyası müddətində xəstəlikdən ölənlərin sayı açıqlanıb. AYNA xarici mediaya istinadən bildirir ki, ölkədə COVID-19-dan 29 minə yaxın ölən var. Belə ki, Fransada bu müddətdə 18 min 439 ölüm faktı xəstəxanada, 10 min 327-si isə qocalar evlərində qeydə alınıb.
Son 24 saat ərzində isə 54 ölüm faktı qeydə alınıb. Xəstəxanalara yerləşdirilən 14 min 380 koronavirus xəstəsindən 1361-i reanimasiya şöbələrindədir. Son bir sutka ərzində ölkədə 1828 yoluxma da daxil olmaqla ümumilikdə 151 min 496 insanın koronavirusa yoluxduğu təsdiqlənib.