Fransada koronavirusa rekord sayda yoluxma

Dünya

18.09.2020 - 03:27

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

Son sutka Fransada koronavirusa 10 593 yoluxma qeydə alınıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla yanaşı, reanimasiyada olan pasiyentlərin də sayı artıb.

 

Ölkədə 896 yoluxma ocağı mövcuddur, son bir gündə həmçinin 84 yeni ocaq aşkarlanıb.

 

Fransada koronavirusa ümumilikdə  415 481 nəfər yoluxub, 31 095 insan pandemiyanın qurbanı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş