Fransa Ukrayna ilə bağlı sülh danışıqlarına çağırış edib

Dünya

16.04.2023 - 23:04

cedabet dərman SEO Xidməti

Xarici işlər naziri bütün ölkələri sülh danışıqları üçün şərait yaratmağa çağırıb

 “Beynəlxalq ictimaiyyət Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqlarına qayıtmaq üçün hər cür şərait yaratmalıdır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Fransanın xarici işlər naziri Ketrin Kolonna deyib.

Nazir Ukrayna üzrə sülh danışıqları üçün şəraitin yaradılmasına çağırıb və bu məsuliyyətin bütün ölkələrin üzərinə düşdüyünü vurğulayıb.

Kolonna hazırkı vəziyyətin dialoq üçün uyğun olmadığını etiraf edib. Onun sözlərinə görə, “Böyük yeddilik” (G7) ölkələri Moskvanın Ukraynadan qoşunlarını çıxarması mövqeyində birləşib.

Diplomat əlavə edib ki, Çin Ukraynadakı vəziyyət fonunda Rusiyaya beynəlxalq hüquqa hörmətlə bağlı siqnal göndərmək imkanlarını araşdırır.

Onun sözlərinə görə, bu, Fransa Prezidenti Emmanuel Makronun Çinə səfərindən sonra mümkün olub.

"Düşünürəm ki, Çin bizim mövqeyimizi daha yaxşı anlamağa başlayıb", deyə Kolonna fikrini yekunlaşdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş