Fransa Senatına etiraz: vətənpərvərlər petisiya hazırladılar - FOTOLAR

Cəmiyyət

21.10.2022 - 16:59

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanlıların petisiyasına Türkiyə mediası dəstək verdi

Fransa Senatının Azərbaycana qarşı tətbiq etmək istədiyi sanksiyalara etiraz əlaməti olaraq petisiya hazırlanıb. 

Qeyd edək ki, 15 noyabr tarixinə Fransa Senatında qətnamə layihəsi ilə bağlı səsvermə təyin edilib. Senatın qətnamə layihəsində bütün Avropa İttifaqı ölkələrinin Azərbaycandan idxal edilən neft və qazdan imtina etməsinə nail olmağa dair çağırış yer alıb.

AYNA xəbər verir ki, 10 vətənpərvər tərəfindən "Mesopinions.com" saytında sözügedən petisiya yerləşdirilib. Cəmi on gün ərzində toplanan imzaların sayı artıq 18 mini keçib.

Məlumat verək ki, oktyabrın 11-də fransız "Mesopinions.com" petisiya saytında Azərbaycan xalqı adından Fransa Senatına və xalqına müraciət yerləşdirilib. Müəlliflər Azərbaycanın müxtəlif şəhərlərindən olan 10 sıravi vətəndaşdır. Bu təşəbbüs qrupunun rəhbəri 2020-ci ilin payızında Ermənistan Silahlı Qüvvələri tərəfindən kütləvi raket hücumlarına məruz qalmış Gəncə şəhərinin sakini, 52 yaşlı ictimai fəal Kubra Ələkbərovadır. Petisiya müəllifləri fransızlara müraciət edərək vurğulayıblar: “Qətnamə layihəsi Ermənistan-Azərbaycan münaqişəsini tamamilə birtərəfli və qərəzli nöqteyi-nəzərdən təqdim edir. Müəlliflər münaqişənin sadəcə bir tərəfinin – erməni tərəfinin maraqlarını müdafiə edirlər. Onlar digər tərəfin – milyonlarla sıravi azərbaycanlının acı hissinə, yaxınlarının itkilərinə, qurbanlarına və istəklərinə tamamilə göz yumurlar, sadəcə bizi günahkar bilirlər. Bu şəkildə bir millətə üstünlük vermək, digərini isə diskriminasiya etmək və millətini kəskin şəkildə qınamaq – etnik dözümsüzlüyün və irqçiliyin ictimai nümayişidir!”.

"Bu petisiya qəlbində əks-səda yaradan kəslərə fransız dilini bilmədən asanlıqla və tez bir zamanda ona dəstək olmaq üçün necə səs vermək barədə addım-addım təlimatlar hazırlamışıq", - deyə vətənpərvərlər çağırış ediblər.

Vətənpərvərlərin haqq səsinə qoşulanların sayı hər gün artmaqdadır. Bir sıra ölkələrdəki Azərbaycan diasporunun nümayəndələri Fransa Senatının anti-Azərbaycan qətnamə layihəsinə qarşı aksiyalara hazırlaşırlar. 

Səsimizi dünya ictimaiyyətinə eşitdirmək üçün Azərbaycan xalqı adından ünvanlanan bu çağırışa türk "Telegram" kanalları da dəstək göstəriblər. Ölkəmizin müdafiəsinə laqeyd qalmayanlar sırasında “Atatürkçü Medya”, “Mütevellit”, “Günlük Haber”, “Siyah Ordu” Telegram kanalları yer alıblar.

Petisiyanın Azərbaycan dilində imzalanma qaydası

Petisiyanın rus dilində imzalanma qaydası

"Bu petisiya qəlbində əks-səda yaradan kəslərə fransız dilini bilmədən asanlıqla və tez bir zamanda ona dəstək olmaq üçün necə səs vermək barədə addım-addım təlimatlar hazırlamışıq. Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!", - deyə petisiya müəllifləri müraciət edirlər. 

Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək: #BizAzərbaycanıq #AzərbaycanıQoruyaq

Fransa Senatına etiraz: vətənpərvərlər petisiya hazırladılar - Fransa Senatına etiraz: vətənpərvərlər petisiya hazırladılar - Fransa Senatına etiraz: vətənpərvərlər petisiya hazırladılar - Fransa Senatına etiraz: vətənpərvərlər petisiya hazırladılar - Fransa Senatına etiraz: vətənpərvərlər petisiya hazırladılar -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət