Ağdaş sakini: “Övladım aplastik anemiya adlı qan xəstəliyindən əziyyət çəkir”
Ağdaş rayonunun Orta Ləki kənd sakini Əliyeva Aygün Əhmədiyə qızı, övladı Haciyeva Aytac Allahverdi qızının xəstəliyi ilə bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevadan yardım istəyir.
O, AYNA-ya göndərdiyi video-müraciətdə bildirir ki, övladı hazırda Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitunda müalicə alır: “Aytac aplastik anemiya adlı qan xəstəliyindən əziyyət çəkir. Maddi imkanımız zəifdir və qızımın vəziyyəti günü-gündən ağırlaşır. Xahiş edirəm, bizə yardım edin”.
Qeyd edək ki A.Əliyevanın, Aytacdan başqa, 1 və 3 yaşlarında daha 2 azyaşlı övladı var.
Videomüraciəti təqdim edirik: