Fotoaparat oğurlamaqda şübhəli bilinən şəxs tutulub

Xəbərlər

02.07.2020 - 15:43

cedabet dərman SEO Xidməti

Polis əməliyyat-axtarış tədbirləri keçirib

 

Nəsimi rayonunda oğurluqla məşğul olan şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib.

 

Məlumatda qeyd olunub ki, iyunun 10-da  Nəsimi rayonu ərazisindəki mağazaların birindən 1899 manat dəyərində fotoaparat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Qasımov rayon polis idarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş