Fiziologiya və ya tibb üzrə Nobel mükafatının qalibi elan olunub

Dünya

02.10.2023 - 15:03

Mükafata Katalin Kariko və Drew Weissman layiq görülüb

Bu gün İsveçdə Fiziologiya və ya tibb sahəsi üzrə Nobel mükafatının qalibi elan olunub. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

Mükafat Korolinska İnstitutunun Nobel Assambleyası tərəfindən elan edilib.

Fiziologiya və ya tibb sahəsi üzrə Nobel mükafatına Katalin Kariko və Drew Weissman layiq görülüb.

Müəllif: Ayna.az