Finlandiyada quş qripinə qarşı peyvəndlər vurulacaq

Dünya

14.06.2024 - 01:11

Həkimlər Klinikalar SEO Xidməti

Finlandiya mümkün qədər tez müddətdə quş qripinə qarşı peyvəndləməyə başlamağı planlaşdırır.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Sosial Rifah və Səhiyyə Nazirliyi məlumat yayıb.

Finlandiya 15 ölkəni əhatə edən Avropa İttifaqının birgə satınalması çərçivəsində vaksinlər əldə edəcək.

Məlumata görə, quş qripinə qarşı peyvənd “Seqirus UK Ltd.” əczaçılıq şirkəti tərəfindən hazırlanıb və bu peyvəndin tədarükü üçün müqavilə dörd il müddətinə qüvvədə olacaq. “Birgə satınalmada iştirak edən ölkələr milli ehtiyaclarından asılı olaraq peyvəndlər sifariş edəcəklər”, - nazirlikdən bildirilib.

Quş qripi A(H5N1) 2020-2023-cü illərdə Avropada vəhşi quşlar arasında geniş yayılmışdı. Finlandiyada A(H5N1) virusu 2023-cü ilin yayında çöl quşlarının kütləvi ölümünə və kürklü heyvanların yoluxmasına səbəb olub. Finlandiyada indiyədək insanların quş qripinə yoluxması halları aşkar edilməyib.

Müəllif: Ayna.az