Finlandiya Prezidentindən Trampın NATO ilə bağlı açıqlamalarına REAKSİYA

Dünya

17.03.2026 - 15:16

"Aydındır ki, ABŞ Prezidentinin dediklərinin hamısını ciddiyə almalıyıq"

Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ Prezidenti Donald Trampın NATO-nun acınacaqlı gələcəyi ilə bağlı təhdidini ciddiyə almağa çağırıb. AYNA.AZ xəbər verir ki, Stubbun açıqlaması “Bloomberg” tərəfindən yayımlanıb.

Finlandiya lideri Trampın açıqlamasını şərh edərkən bildirib: "Aydındır ki, ABŞ Prezidentinin dediklərinin hamısını ciddiyə almalıyıq".

Stubb ABŞ-a kömək edə bilən və etmək istəyən ölkələrin "bunu edəcəklərini və etməlidirlər" deyə qeyd edib. Eyni zamanda, NATO-nun müdafiə bloku olduğunu və "hərbi hücumlarda iştirak etmədiyini" bir daha təkrarlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş