Finlandiya Prezidenti: “Ukraynada sülhə gedən yol döyüş meydanından keçir”

Dünya

10.05.2024 - 13:38

“Ümid edirəm ki, 2025-ci ildə beynəlxalq ictimaiyyət münaqişənin sülh yolu ilə həllinə yol açılacaq vəziyyətə gələ biləcək”

“Ukraynada sülhə aparan yeganə yol indi döyüş meydanından keçir”. AYNA xəbər verir ki, bu sözləri Finlandiya Prezidenti Aleksandr Stubb “Frankfurter Allgemeine Zeitung” qəzetinə deyib.

Stubb ümid etdiyini bildirib ki, 2025-ci ildə beynəlxalq ictimaiyyət Ukraynada münaqişənin sülh yolu ilə həllinə yol açılacaq vəziyyətə gələ biləcək: “Hazırda bu haqda danışmaq tezdir. Biz hələ orada deyilik. İndi sülhə aparan yeganə yol döyüş meydanından keçir”.

Müəllif: Ayna.az