Finlandiya Ukrayna ilə belə bir müqavilə imzalayan səkkizinci ölkə oldu
Finlandiya Prezidenti Aleksander Stubb aprelin 3-də Kiyevə gəlib. AYNA Ukrayna mediasına istinadən bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra ölkə liderləri təhlükəsizlik sazişi imzalayıblar.
Müqavilə on il müddətinə bağlanıb. Sazişin siyasi dəstək, Ukraynanın müdafiəsi və təhlükəsizliyinə dəstək, respublikanın islahatları və bərpasına dəstək də daxil olmaqla bir neçə sektoru əhatə edəcəyi bildirilir.
Finlandiya Ukrayna ilə belə bir müqavilə imzalayan səkkizinci ölkə oldu.
Sənədin mətni Finlandiya Prezidentinin saytında dərc olunub.
Stubb həmçinin Finlandiyanın Ukraynaya 188 milyon avro dəyərində 23-cü müdafiə yardımı paketi göndərmək qərarını açıqlayıb.
Prezidentlər digər məsələlərlə yanaşı, hərbi münaqişədəki mövcud vəziyyəti müzakirə ediblər.
Stubb həmçinin Qostomel hava limanına gedib və ukraynalı əsgərlərlə görüşüb.