Filippində torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb

Dünya

18.01.2024 - 19:55

cedabet dərman SEO Xidməti

Hadisə nəticəsində itkin düşənlərin olduğu bildirilir

Filippinin cənubundakı Mindanao adasında leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 7 nəfər ölüb.

AYNA xəbər verir ki, bu barədə “News Line Philippines” nəşri məlumat yayıb.

Bildirilib ki, Davao-de-Oro əyalətinin Monkayo ​​şəhərində mədən sahəsinə yağan güclü yağışlar nəticəsində baş verən sürüşmə nəticəsində uşaqlar daxil olmaqla, azı 7 nəfər ölüb, iki nəfər yaralanıb, itkin düşənlər var.

Yerli hakimiyyət orqanları yağışların davam etməsi səbəbindən axtarış-xilasetmə işlərinin müvəqqəti dayandırıldığını bildiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş