Fikrət Qoca vəfat edib

Mədəniyyət

05.05.2021 - 09:22

Xalq şairi 85 yaşında dünyasını dəyişib

 

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca 85 yaşında vəfat edib. AYNA xəbər verir ki, məlumatı AYB-nin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza təsdiq edib.

 

Xatırladaq ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub.

 

1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi olub. Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və “Rəssam düşünür” poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə isə “Humay” mükafatına (1998) layiq görülüb. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunub.

Müəllif: Ayna.az