Fidan və Lavrov arasında telefon danışığı olub

Dünya

17.03.2026 - 22:43

Nazirlər Yaxın Şərqdəki vəziyyəti və Ukrayna münaqişəsini müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb. AYNA.AZ "Yeni Şafak" qəzetinə istinadən bildirir ki, nazirlər Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla bir sıra məsələləri müzakirə ediblər.

Məlumata görə, Fidan və Lavrov "bölgədə müharibəyə son qoymaq üçün atıla biləcək addımlar" barədə fikir mübadiləsi aparıblar.

Nəşr həmçinin xəbər verir ki, nazirlər söhbət zamanı Ukrayna münaqişəsinə toxunublar. Fidan öz növbəsində Moskva ilə Kiyev arasında növbəti danışıqlar raundunu Türkiyədə keçirməyə hazır olduğunu bildirib.

Nazirlər həmçinin enerji təhlükəsizliyi məsələlərini də müzakirə ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş