FHN Sumqayıtda yanğın-taktiki təlim keçirib

Xəbərlər

30.09.2025 - 17:15

Təlimdə əldə edilmiş nəticələr müzakirə olunub: müvafiq tapşırıqlar verilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə SOCAR-ın Sumqayıt şəhərində yerləşən Karbamid Zavodunda “Anbarlarda baş verən yanğınların söndürülməsi və insanların təxliyəsinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.

FHN-dən AYNA.AZ-a verilən məlumata görə, tədbirə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri, həmçinin SOCAR-ın Karbamid Zavodunun əməkdaşları cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd anbarlarda baş verə bilən yanğınlar zamanı əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub.

Təlimdə baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in qüvvələri müəssisə işçilərinin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, “zərəçəkmişlərin xilas edilməsi” əməliyyatını yerinə yetiriblər.

Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş