FHN-dən zəlzələ barədə AÇIQLAMA

Xəbərlər

22.07.2024 - 14:42

cedabet dərman SEO Xidməti

Hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, iyulun 22-də yerli vaxtla saat 12:08-də Zaqatala seysmik stansiyasından 55 kilometr cənub-qərbdə, Gürcüstan ərazisində 15 kilometr dərinlikdə 4.9 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.

FHN-dən AYNA-ya verilən məlumata görə, bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş