FHN-dən Kürdə batan yeniyetmələr barədə açıqlama

Hadisə

14.06.2021 - 12:36

Meyitlər sudan çıxarılıb, aidiyyatı üzrə təhvil verilib

 

Şəmkir rayonu ərazisində Kürdə batan 2 yeniyetmənin meyiti tapılıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Qeyd edilib ki, nazirliyin xilasediciləri tərəfindən 2006-cı il təvəllüdlü Məmmədov Fərid Ayaz oğlunun və 2005-ci il təvəllüdlü Yusif Araz oğlu Məmmədovun meyiti sudan çıxarılaraq adiyatı üzrə təhvil verilib.

 

Qeyd edək ki, dünən FHN-in "112" qaynar telefon xəttinə Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

 

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Müəllif: Ayna.az