FHN-dən dünən baş vermiş hadisələr barədə məlumat

Xəbərlər

24.03.2021 - 13:04

Üç nəfər xilas edilib, bir nəfərin meyiti aşkar olunub

 

Fövqəladə Hallar Nazirliyində (FHN) ötən gün ərzində 15 yanğına çıxış qeydə alınıb. Bu barədə AYNA-ya FHN-dən bildirilib.

 

Qeyd edilib ki, daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 15 yanğına çıxış, üç halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, ötən sutka ərzində üç nəfər xilas edilib, bir nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az