Fətullah Gülən ölüb

Dünya

21.10.2024 - 10:32

cedabet dərman SEO Xidməti

FETÖ terror təşkilatının rəhbəri ABŞ-da 83 yaşında dünyasını dəyişib

FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülən yaşadığı ABŞ-da ölüb. AYNA xəbər verir ki, bu barədə “Herkul” portalında dərc olunan məlumatda qeyd olunub.

Din xadimi kimi tanınan Gülən 1999-cu ildən yaşadığı ABŞ-da 83 yaşında dünyasını dəyişib. Onun uzun müddət xəstəliklə mübarizə apardığı və xəstəxanaya yerləşdirildiyi, lakin xilas etməyin mümkün olmadığı bildirilir.

Gülənin ölümü ilə bağlı məlumatı qardaşı oğlu Əbusəma Gülən də təsdiqləyib. Onun sözlərinə görə, Gülən oktyabrın 20-də Pensilvaniya ştatındakı klinikalardan birində vəfat edib.

Qeyd edək ki, FETÖ terror təşkilatı 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd göstərib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş