Mahmud Abbasın Türkiyə Prezidenti ilə görüşü gözlənilir
Fələstin Prezidenti Mahmud Abbas Türkiyəyə üç günlük rəsmi səfər edib. AYNA xəbər verir ki, bu barədə Fələstin mediası məlumat yayıb.
Bildirilib ki, M.Abbası hava limanında bir sıra türk rəsmiləri, həmçinin Türkiyədə akkreditə olunmuş ərəb səfirləri qarşılayıblar.
Səfər zamanı M.Abbasın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.
Danışıqların əsas mövzularından biri Qəzza zolağı da daxil olmaqla Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyət olacaq.