Fələstin İsraili Qəzzada qadağan olunmuş silahdan istifadədə ittiham edir

Dünya

26.10.2023 - 16:32

cedabet dərman SEO Xidməti

“İsrail Qəzzaya zərbələr endirərkən ağ fosfor silahından istifadə edib ki, bu da “Human Rights Watch” təşkilatı tərəfindən aşkar edilib”

Qəzza zolağına zərbələr zamanı İsrail Müdafiə Qüvvələri qadağan olunmuş ağ fosfor silahından istifadə edib. AYNA xəbər verir ki, bu ittihamla Fələstinin BMT-dəki diplomatik missiyasının rəhbəri İbrahim Kraişi çıxış edib.

“İsrail Qəzzaya zərbələr endirərkən ağ fosfor silahından istifadə edib ki, bu da “Human Rights Watch” təşkilatı tərəfindən aşkar edilib”, - deyə Fələstin rəsmisi vurğulayıb.

Qeyd edək ki, 1980-ci il BMT-nin Bəzi Adi Silahlar haqqında Konvensiyasının III Protokoluna əsasən, ağ fosforlu sursatların mülki obyektlərin və mülki şəxslərin yerləşdiyi yaşayış məntəqələrində istifadəsi qadağandır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş