Faktiki hava açıqlanıb

Cəmiyyət

14.08.2021 - 23:29

Bölgələrdə şimşək çaxıb, dolu düşüb

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 14-ü saat 21.30-a olan məlumatına əsasən Gədəbəy, Daşkəsən, Xınalıq, Şahdağ, Xaltan, Qrız, Qusar, Quba, Şəmkirdə şimşək çaxmış, yağış yağıb.

 

Xidmətdən AYNA-ya verilən məlumata görə, Qrız-Qudyalçayda (Quba) saat 17:20-17:35, Ləzə məntəqəsində (Qusar) saat 17:30-17:40 radələrində diametri 5 mm olan, Zaqatala rayonunun Əlibəy, Yuxarı Tala, Aşağı Tala kəndlərinə xırda dənəli dolu düşüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş