Türkiyənin səhiyyə naziri azərbaycanlı həkimlərə təşəkkür edib
Qardaşımız, əziz dostumuz Azərbaycan öz dəstəyi ilə, dərdimizə şərik olmaqla bizimlədir.
AYNA xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca "Twitter" hesabında paylaşım edib.
"Kahramanmaraşdakı səhra hospitallardan biri Azərbaycan tərəfindən yaradılıb. Həkimlərimiz və səhiyyə işçilərimizdən geri qalmayan komandalarına xüsusi təşəkkür edirik", - deyə nazir bildirib.