Evlənənlərin və boşananların sayı açıqlanıb

Xəbərlər

12.12.2025 - 16:55

Son 10 ayda 40 min 739 nikah, 17 min 254 boşanma halı qeydə alınıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40739 nikah və 17254 boşanma halları qeydə alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşmüşdür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş