Ətrafımızda ard-arda zəlzələlər olub

Dünya

23.01.2020 - 12:34

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə və İranda yeraltı təkanlar qeydə alınıb

 

Azərbaycanla qonşu olan iki ölkədə zəlzələ olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin paytaxtı Ankarada zəlzələ 4,5 bal gücündə hiss olunub. Bu gün səhər saatlarında baş verən titrəyişdə hər hansı dağıntı və xəsarət qeydə alınmayıb.

 

Ölkənin Manisa vilayətinin Akhisar bölgəsində isə 5,4 bal gücündə zəlzələ olub. Zəlzələnin təsirləri İzmir, Aydın, Dənizli, Yalovada da hiss edilib. Aksiharda bir neçə evdə dağıntılar var.

 

Eyni saatlarda İranın şimal hissəsində, Hürmüzgan əyalətinin Hacıabad şəhərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb. Seysmoloqlar zəlzələnin 21 km dərinlikdə meydana gəldiyini deyiblər. Zəlzələnin hər hansı dağıntı ilə nəticələnmədiyi xəbəri yayılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş